Sentyabrın 17-də Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçirilib.
Marafonda 11 000 nəfərdən çox şəxs iştirak edib. Yarış paytaxt Bakı, respublikanın ayr-ayrı bölgələri, eləcə də müxtəlif ölkələri əhatə edib.Tədbir “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında keçirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev marafon iştirakçılarını salamlayaraq hamını, xüsusilə gəncləri idman tədbirlərində fəal olmağa səsləyib.
Daha sonra marafona start verilib. İştirakçılar “Zəfər Tağı”ndan Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti ilə hərəkət edərək Heydər Əliyev park kompleksinə qədər məsafəni qət ediblər. Marafonun uzunluğu ümumilikdə 17 kilometr olub.
“Gəncə Marafonu – 2017”nin qalibləri iki kateqoriyada – kişi və qadın iştirakçılar arasında müəyyənləşib.
Kişilər arasında finiş xəttini ilk olaraq Türkiyə vətəndaşı Üzeyir Söyləməz, ikinci İrandan olan Mohammed Cəfər Muradi, üçüncü Gürcüstan vətəndaşı Omar Baikeyev keçib. Qaliblərə mükafatı Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, «Azercell Telekom»un prezidenti Vahid Mürsəliyev təqdim edib.
Gəncə Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 30 iştirakçının siyahısını təqdim edirik:
Yer İştirakçı nömrəsi Ölkə Vaxt Ad, Soyad
1 00155 Türkiyə 51.59.68 Üzeyir Söylemez
2 06928 İran 53.54.11 Mohammed Cəfər Muradi
3 06959 Gürcüstan 58.00.00 Baikeev Omar
4 06867 Bakı 59.11.00 Namiq Əsədov
5 02525 Bakı 1.00.36 Samir Paşayev
6 06940 Gürcüstan 1.01.19 Georgi Damenia
7 06854 Bakı 1.02.56 Elman Abışov
8 02121 Gəncə 1.03.47 Vahid Kərimov
9 00698 Xaçmaz 1.04.24 Fərid Həbibov
10 00303 Qazax - Aqil Qiyasov
11 00304 Qazax - Tehran Sadiqi
12 00282 Gəncə - Həsən Rəsulov
13 06955 Tərtər - Rövşən Əmirli
14 01948 Şəki - Səttar Seyidxanov
15 06861 Bakı - Tural Sadıqlı
16 06859 Bakı - Kamran Abdullayev
17 06852 Astara - Rəşad Əliyev
18 06866 Bakı - Zamin Zeynalov
19 09043 Zaqatala - Həbibullah Babayev
20 00110 - - Emil İsmayılov
21 02118 Gəncə - Hüseyn Əfəndiyev
22 02125 Gəncə - Emil Hüseynov
23 06943 Bakı - Renat Rakoviç
24 01606 Gəncə - Mail Məmmədov
25 02175 Gəncə - Taleh Məmmədov
26 10404 Gəncə - Ramiz Həsənov
27 02119 - - Albert Qəribov
28 06291 - - Ramiz Yusubov
29 10973 - - Zaur Məmmədov
30 10969 - - Orxan Paşayev