Yarış günü

Yarış günü 


“Gəncə Marafonu – 2017” 17 Sentyabr 2017-ci ildə baş tutacaq.
 İştirakçılardan xahiş olunur ki, aşağıda göstərilən vaxtlarda lazımi nöqtələrdə olsunlar: 
Yarışın başlama vaxtı: saat 10:00 
Yarış üçün start nöqtəsinə gəlmə vaxtı: saat 08:30

Sağlamlıq və Təhlükəsizlik


 Marafonun hər kəs üçün təhlükəsiz və əyləncəli olmasını təmin etmək üçün aşağıdakıları nəzərə almağınız xahiş olunur: 
-Digərlərinin sağdan keçməsinə imkan yaratmaq üçün yolun sol tərəfi ilə hərəkət edin; 
-Digər iştirakçılara qarşı nəzakətli olun; 
-Yarış rəsmiləri, könüllülər və yol nəzarətçilərinin təlimatlarına əməl etməyiniz xahiş olunur.

Yardım məntəqələri 


Tədbirə marşrut üzrə hər 2 kilometrdən bir yerləşdirilmiş yardım məntəqələri dəstək verəcək. Yardım məntəqələri marafon iştirakçılarını su, sanitar qovşağı və ilkin tibbi yardımla təmin edəcək. 

Çanta təhvili 


Marafonun start zonasında çanta təhvili xidməti olacaq. Yalnız marafon iştirakçıları öz çantalarını təhvil nöqtəsinə verə bilərlər. Çantanızı təhvil verərkən onun üzərinə xüsusi stikerlər yapışdırılacaq. 

Yarış çantanızı çanta təhvili zonasına verməzdən öncə ona yarış nişanı stikerinin bərkidildiyinə əmin olun. Çantalarınız finiş xəttinə gətiriləcək və yarışı bitirdikdən sonra onları götürmək imkanınız olacaq.

Zəhmət olmasa, 17 Sentyabr saat 17:30-da Heydər Əliyev adına park kompleksini tərk etməzdən əvvəl çantanızı götürün.


Gəncə Marafonu 2017 (Fotolar - I Hissə)

22 Sep 2017 Foto
Sentyabrın 17-də Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçirilib. Marafonda 11 000 nəfərdən çox şəxs iştirak edib. Yarış paytaxt Bakı, respublikanın ayr-ayrı bölgələri, eləcə də müxtəlif ölkələri əhatə edib. Tədbir “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında keçirilib. 
Ətraflı Oxu

Gəncə Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 11 iştirakçının siyahısı

22 Sep 2017 Xəbərlər
Gəncə Marafonu 2017-də qadınlar arasında birinci yeri Ukrayna vətəndaşı Valentina Poltavska,  ikinci yeri Azərbaycan vətəndaşı Anna Yusipova, üçüncü yeri Böyük Britaniya vətəndaşı Nataşa Petersen qazanıb. Xanım idmançılara mükafatları kikboksinq üzrə 5 dəfə dünya çempionu, 3 dəfə Avropa çempionu Zabit Səmədov, millət vəkili Qənirə Paşayeva və Əməkdar Artist Röya Ayxan təqdim edib.
Ətraflı Oxu

Gəncə Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 30 iştirakçının siyahısı

22 Sep 2017 Xəbərlər
Sentyabrın 17-də Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçirilib.   Marafonda 11 000 nəfərdən çox şəxs iştirak edib. Yarış paytaxt Bakı, respublikanın ayr-ayrı bölgələri, eləcə də müxtəlif ölkələri əhatə edib.   Tədbir “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında keçirilib. 

Kişilər arasında finiş xəttini ilk olaraq Türkiyə vətəndaşı Üzeyir Söyləməz, ikinci İrandan olan Mohammed Cəfər Muradi, üçüncü Gürcüstan vətəndaşı Omar Baikeyev keçib. Qaliblərə mükafatı Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, «Azercell Telekom»un prezidenti Vahid Mürsəliyev təqdim edib. 
Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar