Məsləhətlər

Tibbi məsləhətlər 


İştirak etmək üçün kifayət qədər sağlamsınızmı?

Marafonda iştirak və bu məqsədlə etdiyiniz məşqlərin sağlamlığınız üçün böyük faydaları var. Bu, həmçinin ciddi və təhlükəsiz yanaşma tələb edən böyük fiziki sınaqdır. 
Sizin marafona düzgün hazırlaşmağınız və məşq proqramına əməl etməyiniz çox vacibdir. Kardioloji problemlər, astma və ya diabet kimi xəstəlikləriniz varsa, yarış günü uzun məsafəyə qaça bilib-bilmədiyinizi və ya məşq etməyə uyğun olub-olmadığınızı öyrənmək üçün həkiminizlə məsləhətləşməyiniz vacibdir. Həkim sizin qaçmamağınızı məsləhət görərsə, bununla razılaşmalısınız.

Təlim məsləhətləri 


Marafon qaçışı: məşq üçün məsləhətlər

Marafona hazırlıq çoxlu vaxt, intizam və öhdəlik tələb edir. Burada mütəxəssislərin sizin məşqinizə kömək edəcək bəzi məsləhətləri var. Unutmayın, sizin finiş xəttinə nə qədər tez çatacağınız deyil, zədələrdən qaçmağınız və yarışdan zövq almağınız daha vacibdir. 
Yeni başlayan, orta səviyyəli və təcrübəli qaçışçılar üçün müxtəlif effektiv və detallı məşq planları mövcuddur. Tibbi idman mütəxəssisi sizə səviyyənizə uyğun olan məxsusi məşq planı hazırlamağa kömək edə bilər. 
“Gəncə Marafonu - 2017”nin rəsmi feysbuk səhifəsini* izləməklə, marafon gününə tam və peşəkar səviyyədə hazırlaşa bilərsiniz. Marafon əsas qaçış yarışı olduğundan, bədəninizin bu sınağa hazırlığına əmin olmağınız çox vacibdir.
 * https://www.facebook.com/ganjamarathon

Asan və çətin məşq günlərini növbələşdirin

 
Fərdi məşq cədvəliniz sizin səviyyənizdən asılı olacaq. Buna baxmayaraq, bütün qaçışçılar üçün əsas bir prinsip var: asan məşq günlərini çətin məşq günləri ilə növbələşdirmək. Məsələn, siz bir məşq günü buraxsanız belə, ardıcıl iki çətin məşq günü keçirməməlisiniz.

Birlikdə qaçın 


Bəzi insanlar tək qaçmağa üstünlük versə də, marafona hazırlaşan yoldaş və ya qrup tapmaqla siz həm dəstək və məsləhət ala bilərsiniz, həm də yarışa daha həvəslə və şövqlə hazırlaşarsınız.

Qızınma və soyuma hərəkətləri 


Qızınma və soyuma hərəkətləri istənilən qaçışın əsas hissəsidir və nəzərdən qaçırılmamalıdır. Doğru qızınaraq və soyuyaraq, siz zədələrin qarşısını ala, məşqlərdə və yarışda ən yaxşı nəticə əldə edə bilərsiniz.

Doğru ayaqqabı və qaçış təchizatı 


Məşq zamanı qaçış ayaqqabılarınızın yüksək keyfiyyətli olmasına əmin olun. Əksər qaçış ayaqqabıları 800 kilometr məsafə qət edə bilir və bu məsafədən sonra dəyişilməlidir. Köhnə qaçış ayaqqabılarını geyinməyiniz zədələnməyinizlə nəticələnə bilər. Bundan əlavə, siz corab geyinməlisiniz, bu isə ayaqlarınızda ağrılı qabarların yaranmasının qarşısını alacaq. 
Qaçış üçün geyinərkən hava proqnozuna diqqət yetirməlisiniz. Qalın geyinərək, bədənizin susama riskini artıra və bədəninizin doğru soyumasına mane ola bilərsiniz.
Odur ki, qaçış günü nazik geyinməyiniz məsləhətdir. Bundan əlavə, marafon günü geyinməyi planlaşdırdığınız idman ayaqqabıları, corab və geyimlərdə əvvəlcədən məşq etmək vacibdir. Siz bununla planlaşdırılmamış çətinlik və narahatlıqların qarşısını almış olursunuz.

Maye və qidanın qəbul edilməsi 


Maye və qidanın qəbul edilməsi sizin məşqlərdə və yarışda uğur qazanmağınız üçün çox vacib amildir. Qaçış 90 dəqiqədən çox davam edərsə, maye qəbul etməlisiniz. Maye qəbul etmək üçün susadığınızı hiss etməyi gözləməyin. Susadığınız an artıq bədəninizdə su bitmiş olur.
Bədəninizin nə qədər maye tələb etdiyini öyrənməyin sadə yolu uzun qaçışdan öncə və sonra çəkinizi yoxlamağınızdır. Bədən çəkiniz 2%-dən çox aşağı düşərsə, deməli, lazımi miqdarda maye qəbul etməmisiniz. Bundan əlavə, 90 dəqiqə və ya daha çox davam edən məşq və qaçışı zamanı qida qəbulunu da planlaşdırmalısınız. 
Şokolad plitkası, meyvə və s. enerjinizi artırmaq üçün yaxşı seçimlərdir. Məşq zamanı hansı miqdarda və kombinasiyada qida və mayenin sizə uyğun olduğunu yoxlamaq sizin üçün faydalı olar. Beləcə siz doğru miqdarı və kombinasiyanı marafon günü də təkrarlaya bilərsiniz


Gəncə Marafonu 2017 (Fotolar - I Hissə)

22 Sep 2017 Foto
Sentyabrın 17-də Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçirilib. Marafonda 11 000 nəfərdən çox şəxs iştirak edib. Yarış paytaxt Bakı, respublikanın ayr-ayrı bölgələri, eləcə də müxtəlif ölkələri əhatə edib. Tədbir “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında keçirilib. 
Ətraflı Oxu

Gəncə Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 11 iştirakçının siyahısı

22 Sep 2017 Xəbərlər
Gəncə Marafonu 2017-də qadınlar arasında birinci yeri Ukrayna vətəndaşı Valentina Poltavska,  ikinci yeri Azərbaycan vətəndaşı Anna Yusipova, üçüncü yeri Böyük Britaniya vətəndaşı Nataşa Petersen qazanıb. Xanım idmançılara mükafatları kikboksinq üzrə 5 dəfə dünya çempionu, 3 dəfə Avropa çempionu Zabit Səmədov, millət vəkili Qənirə Paşayeva və Əməkdar Artist Röya Ayxan təqdim edib.
Ətraflı Oxu

Gəncə Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 30 iştirakçının siyahısı

22 Sep 2017 Xəbərlər
Sentyabrın 17-də Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçirilib.   Marafonda 11 000 nəfərdən çox şəxs iştirak edib. Yarış paytaxt Bakı, respublikanın ayr-ayrı bölgələri, eləcə də müxtəlif ölkələri əhatə edib.   Tədbir “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında keçirilib. 

Kişilər arasında finiş xəttini ilk olaraq Türkiyə vətəndaşı Üzeyir Söyləməz, ikinci İrandan olan Mohammed Cəfər Muradi, üçüncü Gürcüstan vətəndaşı Omar Baikeyev keçib. Qaliblərə mükafatı Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, «Azercell Telekom»un prezidenti Vahid Mürsəliyev təqdim edib. 
Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar