Marafonun tarixi


Marafon qaçışı idman yarışlarının kütləvi növlərindən biridir. Dünyanın dörd bir tərəfində keçirilən məşhur marafon yarışları müxtəlif yaş kateqoriyalarından olan insanları start xəttində toplayır. 
Marafon 42 kilometr 195 metr məsafədə qaçışı nəzərdə tutan yüngül atletika növüdür. Son zamanlar əsas məsafədən əlavə, digər məsafələr üzrə də qaçışlar da keçirilir: yarı marafon (21, 097 kilometr), 5 kilometrlik qaçış və uşaq marafonu və sair. 

Marafon 1896-cı ildən Olimpiya oyunlarında kişilər, 1984-cü ildən isə qadınlar arasında yüngül atletika proqramına daxil edilib. Marafon sözünün tarixi antik dövrlərə gedib çıxır. Əfsanəyə görə, Fidippid adlı yunan döyüşçü 490-cı ildə Marafon döyüşündən sonra dayanmadan Afinaya qədər qaçıb və qələbə xəbərini şəhərə çatdırandan sonra yıxılaraq ölüb. Herodota görə isə Fidippid Afinadan Spartaya yardım üçün göndərilmiş döyüşçü idi və o, 2 gündən az bir vaxtda 230 kilometr məsafəni qət etmişdi. 
  
1896-cı ildə Beynəlxalq Olimpiya Komitəsi Marafon döyüşünün baş verdiyi ərazidən Afinaya qədər həqiqi məsafəni ölçüb və onun 34,5 kilometr olduğu müəyyən edilib. 1896-cı ildə keçirilən ilk müasir Olimpiya oyunlarında və 2004-cü ilin Olimpiya oyunlarında marafon qaçışı, həqiqətən də, Marafon düzənliyindən Afinaya qədər olan məsafə üzrə keçirilib.   

Bu qaçışın təşkil edilməsi ideyasını isə ilk dəfə 1896-cı ildə fransız filoloq Mişel Breal irəli sürüb. Təşəbbüsü müasir Olimpiya oyunlarının əsasını qoyan Pyer de Kuberten və digər yunan təşkilatçılar da dəstəkləyiblər. 

İlk marafon qaçışında məsafəni 3 saat 18 dəqiqəyə qət edən Harilaos Vasilakos qalib gəlib.  Marafon qaçışını idman azarkeşləri çox sevir. Ona görə də yüngül atletika üzrə yarışlar məhz marafon qaçışının keçirilməsi ilə bitir. İlk Olimpiya oyunlarından kişilər arasında marafon qaçışı yüngül atletika üzrə proqramın yekun hissəsi hesab olunur. 2004-cü ildə Afinada keçirilən Olimpiya oyunlarında isə bu ənənəyə sadiqlik bir daha vurğulanıb.

Gəncə Marafonu 2017 (Fotolar - I Hissə)

22 Sep 2017 Foto
Sentyabrın 17-də Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçirilib. Marafonda 11 000 nəfərdən çox şəxs iştirak edib. Yarış paytaxt Bakı, respublikanın ayr-ayrı bölgələri, eləcə də müxtəlif ölkələri əhatə edib. Tədbir “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında keçirilib. 
Ətraflı Oxu

Gəncə Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 11 iştirakçının siyahısı

22 Sep 2017 Xəbərlər
Gəncə Marafonu 2017-də qadınlar arasında birinci yeri Ukrayna vətəndaşı Valentina Poltavska,  ikinci yeri Azərbaycan vətəndaşı Anna Yusipova, üçüncü yeri Böyük Britaniya vətəndaşı Nataşa Petersen qazanıb. Xanım idmançılara mükafatları kikboksinq üzrə 5 dəfə dünya çempionu, 3 dəfə Avropa çempionu Zabit Səmədov, millət vəkili Qənirə Paşayeva və Əməkdar Artist Röya Ayxan təqdim edib.
Ətraflı Oxu

Gəncə Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 30 iştirakçının siyahısı

22 Sep 2017 Xəbərlər
Sentyabrın 17-də Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçirilib.   Marafonda 11 000 nəfərdən çox şəxs iştirak edib. Yarış paytaxt Bakı, respublikanın ayr-ayrı bölgələri, eləcə də müxtəlif ölkələri əhatə edib.   Tədbir “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında keçirilib. 

Kişilər arasında finiş xəttini ilk olaraq Türkiyə vətəndaşı Üzeyir Söyləməz, ikinci İrandan olan Mohammed Cəfər Muradi, üçüncü Gürcüstan vətəndaşı Omar Baikeyev keçib. Qaliblərə mükafatı Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, «Azercell Telekom»un prezidenti Vahid Mürsəliyev təqdim edib. 
Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar