İştirak qaydaları

İştirak qaydaları


1.1 Yarışda 16 və daha yuxarı yaşda olan şəxslər iştirak edə bilərlər. 
1.2 İştirakçının yarış nömrəsi onun şəxsiyyətini müəyyənləşdirməyə imkan verir və dəyişdirilə, əvəz edilə, başqa şəxsə satıla bilməz. Yarış nömrələrinin satılması, dəyişdirilməsi qadağandır və baş verdiyi halda, iştirakçının yarışdan kənarlaşdırılması və ya gələcək tədbirlərə buraxılmaması ilə nəticələnə bilər. 
1.3 Qeydiyyat prosesi internet səhifəsində elan olunan vaxtda bitir. Qeydiyyat vaxtından sonra istisna hallar mümkün deyil. Yalnız təşkilatçılar yarış vaxtını dəyişmək haqqına sahibdirlər. 
1.4 Yarış günü iştirakçılar spirtli içkinin və narkotik maddələrin təsiri altında olmamalıdırlar.

İştirakçının yarışa buraxılmaması


 2.1 Start xəttinə vaxtında gələ bilməyən istənilən iştirakçı yarışa buraxılmır və qeydiyyatı etibarsız hesab olunur.

Yarışın ləğvi və dəyişdirilməsi 


3.1 Təşkilatçılar istənilən vaxt yarışın vaxtını dəyişə bilərlər. Dəyişikliklər, məsələn, start vaxtının dəyişdirilməsi və s. iştirakçılarla əvvəlcədən razılaşdırılır.

Kənarlaşdırılma 


4.1 Nəzarətçilər istənilən iştirakçını qayda və şərtləri pozduğu halda yarışdan kənarlaşdıra bilər. 
4.2 Kənarlaşdırma aşağıdakı hallarda ola bilər: 
- İştirakçı öz nömrəsini başqa yarışçı ilə təşkilatçının əvvəlcədən razılığı olmadan dəyişdirərsə;
- İştirakçı təyin olunmuş marşrutdan kənara çıxarsa;
- İştirakçı yarış rəsmisinin göstərişlərinə əməl etməzsə və ya yarış rəsmisi könüllülər və ya tamaşaçılara qarşı təhqiramiz hərəkətlərdən və ifadələrdən istifadə edərsə.

Yarış günü 


5.1 İştirakçılar yarışdan əvvəl, yarış vaxtı və yarışdan sonra bütün yarış rəsmiləri, eləcə də heyət, könüllülər, tibbi heyət, mühafizə zabitləri və şəhər rəsmiləri tərəfindən verilən göstərişlərə əməl etməlidirlər.
 5.2 Hər bir iştirakçı köynəyin ön tərəfinə yazılan və bütün yarış boyu görünən yarış nömrəsi ilə təmin olunmalıdır.
 5.3 İştirakçılar yarış təşkilatçılarını sağlamlıq problemləri və ya qəbul etdikləri dərmanlar barədə xəbərdar etməlidirlər.
 5.4 İştirakçılar yarışa rəsmi elan olunmuş start vaxtında başlamalıdırlar.

Öhdəlik


 6.1 Yarışda iştirak iştirakçının şəxsi riskidir. 
6.2 Təşkilatçı heyət itən əşyalara, dəymiş ziyana cavabdeh deyil. 
6.3 Təşkilatçı iştirakçıya üz verən itkiyə və ya dəymiş ziyana görə məsuliyyət daşımır. 
6.4 Təşkilatçı tamaşaçıların və üçüncü tərəfin davranışına cavabdeh deyil. 
6.5 Təşkilatçı yarış günü verilən ərzaq və içki məhsullarından yaranan hallara (allergiya və s.) görə məsuliyyət daşımır.

Marafonda ödəniş


Marafonda vəsaitlər Heydər Əliyev Fondunun Regional İnkişaf Birliyi tərəfindən qarşılandığından, fiziki şəxslər və korporativ iştirakçılar iştirak üçün heç bir ödəniş etməyəcəklər. Marafonda vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, fiziki şəxslər və korporativ iştirakçılar iştirak üçün heç bir ödəniş etməyəcəklər. 

Qadağan olunan əşyalar 


- Təhlükə yarada biləcək və ya “ikili istifadəsi” mümkün olan əşyalar təhlükəli hesab oluna bilər; məsələn, çəkic, mişar, itiuclu, kəsici alətlər və s.; 
- Tez alışan mayelər, yanacaq, fişəng, zəhərli kimyəvi və partlayıcı maddələr; 
- Böyük bağlamalar; 
- Qeyri-şəffaf zibil qutuları və plastik qablar; 
- Heyvanlar/ev heyvanları;
- Qatlanan stullar, bükülən düşərgə stulları və istənilən növ masalar; 
- Bir litrdən çox tutumu olan maye qabları; 
- Çamadanlar və diyircəkli çamadanlar.


Qeydiyyat


Marafona qatılmaq üçün Gəncənin və paytaxt Bakının təyin olunmuş nöqtələrində yerləşdirilmiş məntəqələrdə qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyat zamanı üzərinizdə şəxsiyyət vəsiqəsinin olması (tələbələr üçün həm də tələbə biletinin olması) mütləqdir.











Gəncə Marafonu 2017 (Fotolar - I Hissə)

22 Sep 2017 Foto
Sentyabrın 17-də Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçirilib. Marafonda 11 000 nəfərdən çox şəxs iştirak edib. Yarış paytaxt Bakı, respublikanın ayr-ayrı bölgələri, eləcə də müxtəlif ölkələri əhatə edib. Tədbir “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında keçirilib. 
Ətraflı Oxu

Gəncə Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 11 iştirakçının siyahısı

22 Sep 2017 Xəbərlər
Gəncə Marafonu 2017-də qadınlar arasında birinci yeri Ukrayna vətəndaşı Valentina Poltavska,  ikinci yeri Azərbaycan vətəndaşı Anna Yusipova, üçüncü yeri Böyük Britaniya vətəndaşı Nataşa Petersen qazanıb. Xanım idmançılara mükafatları kikboksinq üzrə 5 dəfə dünya çempionu, 3 dəfə Avropa çempionu Zabit Səmədov, millət vəkili Qənirə Paşayeva və Əməkdar Artist Röya Ayxan təqdim edib.
Ətraflı Oxu

Gəncə Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 30 iştirakçının siyahısı

22 Sep 2017 Xəbərlər
Sentyabrın 17-də Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçirilib.   Marafonda 11 000 nəfərdən çox şəxs iştirak edib. Yarış paytaxt Bakı, respublikanın ayr-ayrı bölgələri, eləcə də müxtəlif ölkələri əhatə edib.   Tədbir “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında keçirilib. 

Kişilər arasında finiş xəttini ilk olaraq Türkiyə vətəndaşı Üzeyir Söyləməz, ikinci İrandan olan Mohammed Cəfər Muradi, üçüncü Gürcüstan vətəndaşı Omar Baikeyev keçib. Qaliblərə mükafatı Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, «Azercell Telekom»un prezidenti Vahid Mürsəliyev təqdim edib. 
Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar