Gəncə Marafonu - 2017

Sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçiriləcək. 
Azərbaycanın qədim tarixə sahib “İradənlə tarix yaz!” və “Marafonda bizimlə ol!” şüarları altında regionlar arasında keçiriləcək marafona ev sahibliyi edəcək ilk şəhər olacaq. 
“Gəncə Marafonu - 2017” Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunur. Marafonun eksklüziv tərəfdaşı “Azercell” şirkətidir. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirir.
Marafon Gəncə şəhərində “Zəfər Tağı”ndan start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, Gəncə çay bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib, Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edəcək.

Loqonun fəlsəfəsi


Loqo özündə Gəncə şəhərinin və marafon yarışının xüsusiyyətlərini əks etdirən elementləri birləşdirir. Bu elementlərdən biri tarixdir.
Tarix - Gəncə minillik tarixin, qədim mədəniyyətin vətənidir. Qədim tarixi, ikinci böyük şəhər statusu, Azərbaycanın tarixi paytaxt şəhəri olması onun tarixilik vəsiqəsidir.
“İradənlə tarix yaz!” və “Marafonda bizimlə ol!”  şüarının seçilməsi əbəs yerə deyil. Biz inanırıq ki, “İradənlə tarix yaz!” şüarı marafon iştirakçılarını məşq, motivasiya, intizam və zamanın səmərəli bölüşdürülməsi kimi vacib faktorların öhdəsindən gəlməyə, öz sürətləri, öz iradələri və öz gücləri ilə tarix içində tarix yazmağa həvəsləndirəcək və onları finiş xəttinə qədər aparacaq.
Loqoda diqqəti çəkən digər element isə lentdir. Lent - dörd əsas dəyəri ifadə edir: birlik, həmrəylik, pozitivlik və sağlamlıq.

Marafonun strateji hədəfləri:


-İdmanı inkişaf etdirmək - idman tədbirləri üçün auditoriya toplamaq və bu tədbirləri gəlirli etmək; 
-Sağlam həyat tərzini təbliğ etmək - insanları idmanla məşğul olmağa həvəsləndirmək; 
-Regionların inkişafına dəstək - “Gəncə Marafonu”nu nüfuzlu marafonlardan birinə çevirmək, müxtəlif bölgələrin sakinləri, əcnəbi qonaqları bu yarışda iştiraka  həvəsləndirmək.
              

Dəyərlər


“Gəncə Marafonu”nun daşıdığı dəyərlər onun loqosunun əsas elementi olan lentdə öz əksini tapıb. 
Lent - dörd əsas dəyəri ifadə edir: birlik, həmrəylik, pozitivlik və sağlamlıq. Lentin əks etdirdiyi hər bir dəyər spesifik anlam daşıyır: 
Birlik - xeyirxah və sağlam məqsədlər ətrafında insanları birləşdirmək; 
Sağlamlıq - yaşından asılı olmayaraq hər bir kəsi fiziki cəhətdən daha güclü olmağa və idman vasitəsilə daha sağlam həyat tərzi keçirməyə sövq etmək; 
Həmrəylik - insanları xeyirxah məqsədlər naminə həvəsləndirmək;
Pozitivlik - yarışda iştirak etməklə pozitivliyi təşviq etmək.



 

Gəncə Marafonu 2017 (Fotolar - I Hissə)

22 Sep 2017 Foto
Sentyabrın 17-də Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçirilib. Marafonda 11 000 nəfərdən çox şəxs iştirak edib. Yarış paytaxt Bakı, respublikanın ayr-ayrı bölgələri, eləcə də müxtəlif ölkələri əhatə edib. Tədbir “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında keçirilib. 
Ətraflı Oxu

Gəncə Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 11 iştirakçının siyahısı

22 Sep 2017 Xəbərlər
Gəncə Marafonu 2017-də qadınlar arasında birinci yeri Ukrayna vətəndaşı Valentina Poltavska,  ikinci yeri Azərbaycan vətəndaşı Anna Yusipova, üçüncü yeri Böyük Britaniya vətəndaşı Nataşa Petersen qazanıb. Xanım idmançılara mükafatları kikboksinq üzrə 5 dəfə dünya çempionu, 3 dəfə Avropa çempionu Zabit Səmədov, millət vəkili Qənirə Paşayeva və Əməkdar Artist Röya Ayxan təqdim edib.
Ətraflı Oxu

Gəncə Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 30 iştirakçının siyahısı

22 Sep 2017 Xəbərlər
Sentyabrın 17-də Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçirilib.   Marafonda 11 000 nəfərdən çox şəxs iştirak edib. Yarış paytaxt Bakı, respublikanın ayr-ayrı bölgələri, eləcə də müxtəlif ölkələri əhatə edib.   Tədbir “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında keçirilib. 

Kişilər arasında finiş xəttini ilk olaraq Türkiyə vətəndaşı Üzeyir Söyləməz, ikinci İrandan olan Mohammed Cəfər Muradi, üçüncü Gürcüstan vətəndaşı Omar Baikeyev keçib. Qaliblərə mükafatı Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, «Azercell Telekom»un prezidenti Vahid Mürsəliyev təqdim edib. 
Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar