Sentyabrın 17-də Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçirilib.
Marafonda 11 000 nəfərdən çox şəxs iştirak edib. Yarış paytaxt Bakı, respublikanın ayr-ayrı bölgələri, eləcə də müxtəlif ölkələri əhatə edib. Tədbir “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında keçirilib.
İştirakçılar arasında hökumət nümayəndələri, millət vəkilləri, mədəniyyət xadimləri olub. Marafonda Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İtaliya, İran və digər ölkələrin vətəndaşları da yarışıb.
Gəncə Marafonu 2017-dən olan fotoları təqdim edirik.