Gəncə Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 11 iştirakçının siyahısı


Sentyabrın 17-də Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçirilib.

Marafonda 11 000 nəfərdən çox şəxs iştirak edib. Yarış paytaxt Bakı, respublikanın ayr-ayrı bölgələri, eləcə də müxtəlif ölkələri əhatə edib.Tədbir “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında keçirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev marafon iştirakçılarını salamlayaraq hamını, xüsusilə gəncləri idman tədbirlərində fəal olmağa səsləyib. 

Daha sonra marafona start verilib. İştirakçılar “Zəfər Tağı”ndan Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti ilə hərəkət edərək Heydər Əliyev park kompleksinə qədər məsafəni qət ediblər. Marafonun uzunluğu ümumilikdə 17 kilometr olub.

“Gəncə Marafonu – 2017”nin qalibləri iki kateqoriyada – kişi və qadın iştirakçılar arasında müəyyənləşib. 

Qadınlar arasında birinci yeri Ukrayna vətəndaşı Valentina Poltavska,  ikinci yeri Azərbaycan vətəndaşı Anna Yusipova, üçüncü yeri Böyük Britaniya vətəndaşı Nataşa Petersen qazanıb. Xanım idmançılara mükafatları kikboksinq üzrə 5 dəfə dünya çempionu, 3 dəfə Avropa çempionu Zabit Səmədov, millət vəkili Qənirə Paşayeva və Əməkdar Artist Röya Ayxan təqdim edib.

Gəncə Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 11 iştirakçının siyahısını təqdim edirik: 

   Yer    Ad      Soyad    Ölkə      Vaxt       İştirakçı nömrəsi 
      
  1 Valentina   Poltavska  Ukrayna  1.02.29  06934
  2 Anna  Yusipova Azərbaycan  1.11.52 06912
  3 Nataşa   Peterson  İngiltərə 1.20.04 06886
  4Türkan   Zərgərli  Azərbaycan 1.27.20 06900
 5  Katya Loven
 Finlandiya 1.27.32 06288
 6 Simuzər Nəbiyeva Gəncə 1.38.50 00265
 7 Cəmilə  Rəfiyeva  Bakı 1.40.52 06880
 8 Həcər Quliyeva Mingəçevir 1.42.27
 01876
 9 Anna  Kamayeva Azərbaycan 1.43.33 06923
 10 Bənövşə İsmayılova Azərbaycan 1.44.07 00213
 11 Fəxriyyə Məmmədli Azərbaycan 1.44.09 09914

Gəncə Marafonu 2017 (Fotolar - I Hissə)

22 Sep 2017 Foto
Sentyabrın 17-də Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçirilib. Marafonda 11 000 nəfərdən çox şəxs iştirak edib. Yarış paytaxt Bakı, respublikanın ayr-ayrı bölgələri, eləcə də müxtəlif ölkələri əhatə edib. Tədbir “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında keçirilib. 
Ətraflı Oxu

Gəncə Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 11 iştirakçının siyahısı

22 Sep 2017 Xəbərlər
Gəncə Marafonu 2017-də qadınlar arasında birinci yeri Ukrayna vətəndaşı Valentina Poltavska,  ikinci yeri Azərbaycan vətəndaşı Anna Yusipova, üçüncü yeri Böyük Britaniya vətəndaşı Nataşa Petersen qazanıb. Xanım idmançılara mükafatları kikboksinq üzrə 5 dəfə dünya çempionu, 3 dəfə Avropa çempionu Zabit Səmədov, millət vəkili Qənirə Paşayeva və Əməkdar Artist Röya Ayxan təqdim edib.
Ətraflı Oxu

Gəncə Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 30 iştirakçının siyahısı

22 Sep 2017 Xəbərlər
Sentyabrın 17-də Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçirilib.   Marafonda 11 000 nəfərdən çox şəxs iştirak edib. Yarış paytaxt Bakı, respublikanın ayr-ayrı bölgələri, eləcə də müxtəlif ölkələri əhatə edib.   Tədbir “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında keçirilib. 

Kişilər arasında finiş xəttini ilk olaraq Türkiyə vətəndaşı Üzeyir Söyləməz, ikinci İrandan olan Mohammed Cəfər Muradi, üçüncü Gürcüstan vətəndaşı Omar Baikeyev keçib. Qaliblərə mükafatı Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, «Azercell Telekom»un prezidenti Vahid Mürsəliyev təqdim edib. 
Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar