“Gəncə Marafonu - 2017” üçün Bakıda və RİİB ofislərində qeydiyyat başa çatıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə sentyabrın 17-də təşkil olunacaq “Gəncə Marafonu - 2017”də iştirak üçün “Azercell Telecom”un Bakı şəhərindəki ofislərində və RİİB-in Şəmkir, Yevlax, Tərtər və Şəkidəki regional mərkəzlərində aparılan qeydiyyat prosesi bu gündən etibarən başa çatıb.

Qeydiyyat  sentyabrın 15-dək yalnız Gəncə şəhərində davam edəcək.

Hazırda marafonda 7000-dən çox iştirakçı qeydiyyatdan keçib.

“Gəncə Marafonu - 2017”yə 16 yaşdan yuxarı hər kəs əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər. Qeydiyyat hazırda Gəncə şəhərində aşağıdakı ünvanlarda aparılır:

1.      Gəncə "ASAN xidmət" mərkəzində

2.      Azərbaycan Dövlət Aqrar Universitetində

3.      Gəncə Dövlət Universitetində

4.      Azərbaycan Dövlət Texnologiya Universitetində

5.      Gəncədəki “Gənclər evi”ndə

 

Qeyd edək ki, “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında regionlar arasında ilk dəfə keçiriləcək “Gəncə Marafonu - 2017”  Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunur. Marafonun eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirir.

Regionda keçirilən ilk marafonda vəsaitlər Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən qarşılandığından fiziki şəxslər və korporativ yarışmaçılar iştirak üçün heç bir ödəniş etmir.

Marafon Gəncə şəhərində “Zəfər Tağı”ndan start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edəcək.

Layihə regionlarda idmanın inkişafına dəstək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyır.

“Gəncə Marafonu  2017”nin mükafatlandırma mərasimi 2 kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları ilk 3 yer uğrunda mübarizə aparacaqlar.

Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar.

Marafonla bağlı yeniliklər, yarış ərəfəsində keçiriləcək məşqlər, qeydiyyat prosesi barədə ətraflı məlumat “Gəncə Marafonu - 2017”nin rəsmi feysbuk səhifəsi - facebook.com/ganjamarathon və www.ganja.marathon.az saytında təqdim olunur.

Qeyd edək ki, “Gəncə Marafonu - 2017” ilə əlaqədar məlumat mərkəzi də fəaliyyət göstərəcək. Marafon iştirakçıları və tədbirlə maraqlananlar (012) 310 13 31 nömrəsi ilə əlaqə saxlayaraq, suallarını ünvanlaya bilərlər.

Gəncə Marafonu 2017 (Fotolar - I Hissə)

22 Sep 2017 Foto
Sentyabrın 17-də Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçirilib. Marafonda 11 000 nəfərdən çox şəxs iştirak edib. Yarış paytaxt Bakı, respublikanın ayr-ayrı bölgələri, eləcə də müxtəlif ölkələri əhatə edib. Tədbir “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında keçirilib. 
Ətraflı Oxu

Gəncə Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 11 iştirakçının siyahısı

22 Sep 2017 Xəbərlər
Gəncə Marafonu 2017-də qadınlar arasında birinci yeri Ukrayna vətəndaşı Valentina Poltavska,  ikinci yeri Azərbaycan vətəndaşı Anna Yusipova, üçüncü yeri Böyük Britaniya vətəndaşı Nataşa Petersen qazanıb. Xanım idmançılara mükafatları kikboksinq üzrə 5 dəfə dünya çempionu, 3 dəfə Avropa çempionu Zabit Səmədov, millət vəkili Qənirə Paşayeva və Əməkdar Artist Röya Ayxan təqdim edib.
Ətraflı Oxu

Gəncə Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 30 iştirakçının siyahısı

22 Sep 2017 Xəbərlər
Sentyabrın 17-də Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçirilib.   Marafonda 11 000 nəfərdən çox şəxs iştirak edib. Yarış paytaxt Bakı, respublikanın ayr-ayrı bölgələri, eləcə də müxtəlif ölkələri əhatə edib.   Tədbir “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında keçirilib. 

Kişilər arasında finiş xəttini ilk olaraq Türkiyə vətəndaşı Üzeyir Söyləməz, ikinci İrandan olan Mohammed Cəfər Muradi, üçüncü Gürcüstan vətəndaşı Omar Baikeyev keçib. Qaliblərə mükafatı Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, «Azercell Telekom»un prezidenti Vahid Mürsəliyev təqdim edib. 
Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar