22 Sep 2017
Xəbərlər
Sentyabrın 17-də Gəncə şəhərində Heydər
Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçirilib.
Marafonda 11 000 nəfərdən çox şəxs iştirak
edib. Yarış paytaxt Bakı, respublikanın ayr-ayrı bölgələri, eləcə də müxtəlif
ölkələri əhatə edib.
Tədbir “İradənlə tarix yaz”, “Marafonda
bizimlə ol” şüarı altında keçirilib.
Kişilər arasında finiş xəttini ilk olaraq Türkiyə vətəndaşı Üzeyir Söyləməz, ikinci İrandan olan Mohammed Cəfər Muradi, üçüncü Gürcüstan vətəndaşı Omar Baikeyev keçib. Qaliblərə mükafatı Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, «Azercell Telekom»un prezidenti Vahid Mürsəliyev təqdim edib.
Ətraflı Oxu